media-ars

Rusiyanın Çelyabinsk bölgəsində yaşayan Azərbaycan icmasının rəhbəri Ərşad Xankişiyev Rusiya vətəndaşlığından məhrum edilib və ölkəyə girişinə qadağa qoyulub.

XALQ xəbər verir ki, Ə.Xankişiyev etnoseparatizmin təşviqində günahlandırılır. O, həmçinin meyvə-tərəvəz sahəsində fəaliyyət göstərən biznesmen kimi tanınır və “Fruktdom”, “Fruit-House”, “Nar Şarab” və “Kaspiy” MMC-lərinin sahibidir.

Qeyd edək ki, bir ay əvvəl Moskva vilayətində isə Moskva Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Elşən İbrahimov da Rusiya vətəndaşlığından məhrum edilmişdi.


media-728x90banner

Bənzər xəbərlər