media-rovsen
“Kral SR Construction” rəhbəri tanınmış iş adamı  Rövşən Tağıyev imkansız ailəyə təmirli mənzil hədiyyə edəcək.
XALQ məlumat verir ki,bununla bağlı Rövşən Tağıyev sosial hesabında paylaşım edib.
Həmin paylaşımı təqdim edirik:
Bilirəm ki,evi olmayanlar çoxdur, hər kəsin bir ümidi var.
Amma elə ailələr var ki, illərdir vaqonda, yararsız yerlərdə yaşayır, uşaqlar o şəraitdə böyüyür, normal həyat üzü görməyiblər.
Bir də elələri var ki, həmin şəraitdə qalsa da, sabit qazancı var, ayaqda dura bilir.
Ona görə də seçim təkcə harada yaşamağa görə yox, kimin doğrudan da köməyə ehtiyacı varsa, ona görə ediləcək.
Bu iş tələsik yox, açıq-aydın və ədalətlə araşdırılacaq.
Bu cür ailələrdən xəbəriniz varsa, zəhmət olmasa məlumatlarını bizə ötüründeyə Rövşən Tağıyev çağırış edib.

media-728x90banner

Bənzər xəbərlər