Tanınmış jurnalist Məhəmməd Qəribli vəzifəyə təyin olundu
Jurnalist Məhəmmədəli Qəribli Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) Mətbuat Xidmətinin rəhbəri təyin edilib.
XALQ.AZ xəbər verir ki, bu barədə jurnalist özü məlumat yayıb.
Jurnalist yeni vəzifəsinin icrasına sentyabr ayının əvvəlindən başladığını bildirib. M.Qəribli qeyd edib ki, calışacayıq Veysəloğlu Şirkətlər Qrupu ilə media münasibətləri bundan sonrakı mərhələdə daha səmərəli və effektiv məcrada davam etsin. Media nümayəndələrinin Veysəloğlu Şirkətlər Qrupunu əhatə edən mövzularla bağlı istənilən suallarını, günün istənilən saatında cavablandırmağa hazıram. Əminəm ki, dəyərli həmkarlarımız bu əməkdaşlığa lazımi töhfələrini əsirgəməyəcəklər.