Tbilisidə etiraz aksiyaları hələ də davam edir.Periodik olaraq polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanır.

XALQ.AZ məlumat verir ki, Tbilisidə Gürcüstan parlamentinin binasında yanğın baş verib.

Bildirilib ki, nümayişçilər bir neçə saat ərzində parlament binasına tərəf fişənglər atıb. Nəticədə fişənglərdən biri pəncərədən içəri düşüb, bundan sonra orada yanğın başlayıb.

Qeyd edək ki, Gürcüstanın paytaxtı Tbilisidə hökumətin qərarına etiraz edən vətəndaşlar aksiya keçirir.


media-728x90banner

Bənzər xəbərlər