media-30

Tbilisidə etiraz aksiyaları keçirilir. Etirazçılar Tbilisinin Atoneli küçəsində yerləşən Gürcüstan prezidentinin sarayının ərazisinə basqın ediblər.

XALQ xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə xüsusi təyinatlılar səfərbər olunub.

Etirazçılar hadisə yerinə səfərbər olan hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və müxtəlif əşyalar atırlar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları su şırnaqlarından istifadə etməyə başlayıblar.

 






Gürcüstanın paytaxtı Tbilisidə baş verən iğtişaşlar zamanı 14 polis əməkdaşı yaralanıb.

Hadisə zamanı bir neçə etirazçı saxlanılıb.

Baş nazir İrakli Kobaxidze Tiflisdə Prezident Sarayının yaxınlığında keçirilən mitinqi cinayət adlandırıb və iştirakçıların cəzalandırılacağını bildirib.


media-728x90banner

Bənzər xəbərlər