Tbilisidə gərginlik
Gürcüstanın paytaxtı Tbilisidə etiraz aksiyası keçirilir.
XALQ xarici mətbuata istinadən xəbər verir ki, aksiya iştirakçıları əsasən Rustaveli prospekti və parlament binası qarşısında toplaşaraq şüarlar səsləndirir.
Saxlanılmalar əsasən yolun bloklanması və aksiyaya qatılanların inzibati tələbləri pozması ilə bağlıdır.
Təhlükəsizlik orqanlarının məlumatına görə, aksiyaya qatılanlar xəbərdarlıqlara məhəl qoymayaraq Rustaveli prospektində avtomobil hərəkətini əngəlləyiblər.














