media-zey

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) yeni müşavir təyin edilib.

XALQ-ın  məlumatına görə, icraçı direktor əvəzi Anar İsrafilovun müvafiq əmri ilə tanınmış həkim Zeynal Bayramlı müşavir vəzifəsinə təsdiqlənib.

Qeyd edək ki, Z.Bayramlı Tibb Universitetində təhsil alıb. Daha sonra Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistr pilləsini bitirib.

O, Akademik Zərifə Əliyeva adına sahə xəstəxanasında baş həkim, Ucar RMX Publik Hüquqi Şəxsdə direktor, Sabunçu Tibb Mərkəzində direktor müavini, son olaraq özəl  tibb müəssisələrindən birində  tibbi məsələlər üzrə direktor işləyib.


media-728x90banner

Bənzər xəbərlər