media-zar

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsinə yeni təyinat olub.

Bu vəzifəyə Zara İbrahimzadə gətirilib.

Bu barədə məlumatı Zara İbrahimzadə özünün sosial şəbəkə hesabında təsdiqləyib.

Qeyd edək ki, bir müddət əvvəl TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova qurumdakı fəaliyyətindən uzaqlaşmışdı. Daha sonra həmin vəzifə jurnalist Elnur Hidayətoğluya həvalə olunmuşdu.


media-728x90banner

Bənzər xəbərlər