TƏBİB-in rəhbərliyi Anar İsrafilova tapşırıldı
Xəbər verdiyimiz kimi TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vəzifədən azad olunub.
XALQ xəbər verir ki, TƏBİB-ın sədrin səlahiyyətlərinin icrası qurumun müavini Anar İsrafilova həvalə olunub.
Anar İsrafilov kimdir:
– Azərbaycan Tibb Universitetində Pediatriya ixtisası, eləcə də Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə təhsil alıb.
Hazırda Azərbaycan Tibb Universitetində Nefrologiya ixtisası üzrə doktorantura təhsilini davam etdirir.
Bir sıra dövlət və özəl tibb müəssisələrində uşaq nefroloqu kimi işləyib.
2006-2022-ci illər ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.










