Tehran, Təbriz və digər şəhərlər vurulub
İsrail Hərbi Hava Qüvvələri gecədən bəri İrana beş zərbə dalğası endirib.
XALQ xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
İsrail ordusu İranın nüvə və hərbi obyektlərinə zərbələr endirib. Yüksəksəviyyəli hərbçilər və nüvə alimləri həlak olublar. Xarici KİV-də olan məlumata görə, çox sayda yaralı var.
Zərər görən şəhərlər arasında Qeytariyyə, Tehran, Təbriz, Niavaran, Qərbi Tehran və Çitqar, Şərqi Tehran və Mehrabad kimi əyalətlər var.
****
İsrail İranın Təbrizdəki neft emalı zavodunu vurub.
XALQ xəbər verir ki, bu haqda “Mehr” xəbər agentliyi məlumat yayıb.
Təbrizdə baş verən partlayışlardan sonra ətrafa yayılan qatı tüstünün görüntülərini yayılıb: