Təhsil naziri ilə görüşün vaxtı dəyişildi
Azərbaycan Respublikası təhsil nazirinin 1 oktyabr 2013-cü il tarixinə nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib. Nazirlikdən Anspress-ə verilən məlumata görə, nazirin qəbulu 8 oktyabr 2013-cü il tarixinə keçirilib.
Qəbulda iştirak etmək üçün vətəndaşlar 4, 5 və 7 oktyabr 2013-cü il tarixlərində saat 09:00-dan 18:00-dək Təhsil Nazirliyinin Qəbul otağında və ya “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna zəng etməklə qeydiyyata yazıla bilərlər.
Qeydiyyat zamanı qəbula düşmək istəyən şəxsin adı və soyadı, müraciətinin məzmunu, təkrar müraciət olduğu halda, əvvəlki cavablar barədə məlumat qeydiyyatı aparan şəxsə bildirilməlidir.











