Tel-Əviv də gərginlik Milli Təhlükəsizlik Nazirliyi vuruldu
İran raketlərlə İsrailin Təl-Əviv şəhərində yerləşən Milli Təhlükəsizlik Nazirliyinin binasını vurub.
XALQ bu barədə İranın rəsmi IRNA xəbər agentliyinə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, hücumun hədəfi nazirliyin qərargahı olub. Hazırda hadisə ilə bağlı daha ətraflı məlumat verilmir, İsrail tərəfinin rəsmi açıqlaması isə hələlik yoxdur. Zərərçəkənlər və dağıntılarla bağlı da məlumat paylaşılmayıb.
Bu hadisə, Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyət fonunda Tehran və Təl-Əviv arasında gərginliyin yeni mərhələyə keçə biləcəyindən xəbər verir.
Yaxın saatlarda İsrail rəsmilərinin mövqe bildirməsi və mümkün cavab tədbirləri gözlənilir.
****
İsrailin paytaxtı Təl-Əvivdə partlayışlar olub.
“Reuters” məlumat yayıb.
“Al Alam” telekanalı isə İran Silahlı Qüvvələrinin İran ərazisinə edilən hücumlara cavab olaraq İsrailə qarşı əməliyyata başladığı məlumatını yayıb.
AFP isə Yerusəlimdə partlayış səslərinin eşildiyini bildirir.
İRNA-nın məlumatına görə, İran İsrailə yüzlərlə ballistik raket atıb.