“44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra Azərbaycan bölgədə yeni siyasi konfiqurasiya formalaşdırıb”. Bu sözləri   millət vəkili Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, Azərbaycan qalib ölkədir və hər zaman sülhü tərənnüm edir: “Ermənistan isə məğlub ölkə olaraq əslində sülhlə bağlı Azərbaycanın uzatdığı əli tutmalı, sülh müqaviləsinin imzalanması üçün vacib addımlar atmalıdır. Lakin onlar tam əksini edərək nəinki sülhdən yayınır, hətta təxribatlarını da davam etdirirlər. Ermənistanın əsas məqsədi isə Brüssel və Vaşinqton görüşlərində əldə olunan nəticəni sıfırlamaqdır.

Tarix boyu Ermənistanın məqsədi yerləşdiyi bölgədə terror və təxribatlar törətməkdən ibarət olub. Hansı ki, bu dövlət indi də sülh danışıqlarını pozmaqla məşğuldur. Təxribatların artmasında isə erməni siyasi rəhbərliyi bir neçə məqsəd güdür. Belə ki, onlar sülh prosesini uzadaraq, Rusiya-Ukrayna müharibəsinin bitməsini gözləyirlər. Bununla qalib gələnin hansı tərəf olduğunu görüb, onun yanında yer alacaqlar.

Digər bir tərəfdən ermənilər havadarlarını sifarişlərini yerinə yetirir. Hansı ki, həmin havadarlar, Ermənistanı dəstəkləyən dövlətlər Cənubi Qafqazda gərginliyin qalması arzusundadırlar. Lakin Ermənistan anlamalıdır ki, Azərbaycan günü-gündən daha da güclənir və təxribatlar geniş vüsət almağa başlayarsa, Azərbaycan da buna öz cavabını verəcəkdir”.


media-728x90banner

Bənzər xəbərlər