“Azərbaycan demokratik, hüquqi dövlətdir. Vətəndaşın mülkiyyəti toxunulmazdır, onun mülkiyyət hüququ qorunur. Hər hansı vətəndaşın yaşadığı mülklə bağlı sənədləşməsində problem yoxdursa, qanuni yolla addım atılmalıdır. Əgər tikinti şirkətinin təklif etdiyi məbləğlə razılaşarsa, yalnız bundan sonra vətəndaşın öz mənzilindən çıxması təmin olunmalıdır. Tikinti şirkətlərinin qeyri-qanuni addım atmaları xoşagəlməz haldır. Bağışlanılası məsələ deyil. Düşünürəm, aidiyyəti qurumlar belə hallarla əlaqədar lazımi tədbirlər həyata keçirməlidirlər və keçirəcəklər”. 

 

Bunun açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Aqil Məmmədov deyib.

 

“Məsələn, iki gün öncə Yasamal rayonunun Murtuza Muxtarov 145 ünvanında tikinti şirkəti (“İbrahim-Q” MTK-red) tərəfindən qadın sakinin evindən zorla çıxarılması barədə məlumatları mətbuatdan oxudum. Ağacların qırılması, xanımın məcburən evindən çıxarılması… Açıqlamalara görə, cinayət xarakterli işdir. İstintaq orqanları tərəfindən araşdırılması məqsədəuyğun hesab edilib. Bu, doğru addımdır. Hər bir halda cinayət xarakterli, qeyri-qanuni hal varsa, lazımi tədbirlər həyata keçirilməlidir”, – deputat bildirib.


media-728x90banner

Bənzər xəbərlər