media-ll

“TikTok” sosial platformasında yayımlanan canlı efir zamanı “Lazeroloq Nisa” adlı istifadəçi etik davranış qaydalarını və ictimai ədəb normalarını kobud şəkildə pozaraq, Azərbaycan xalqının ünvanına təhqiramiz ifadələr səsləndirib.

Efir zamanı izləyicilərdən birinin rəyinə əsəbiləşən “Lazeroloq Nisa” “bizim millətdə o adətdir, üzünə gülən kimi götü əldən gedir” kimi ifadə işlədib. O, bununla kifayətlənməyərək digər izləyiciləri də hədəfə alıb, “elə etməyin ki, butilkaya otuzduraram” kimi ifadə səsləndirib.

Sözügedən çıxış sosial şəbəkə istifadəçiləri arasında geniş narazılıq yaradıb. İstifadəçilər “Lazeroloq Nisa”nın bu davranışını Azərbaycan xalqının ləyaqətinə yönəlmiş açıq təhqir kimi qiymətləndiriblər.

Qeyd edək ki, bu cür ifadələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi – “ictimai şəkildə təhqir” – və İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsi – “ictimai qaydanın pozulması” – ilə məsuliyyət yaradır.

Hüquq-mühafizə orqanlarının bu məsələ ilə bağlı araşdırma aparacağı, “Lazeroloq Nisa” adlı istifadəçinin davranışına hüquqi qiymət veriləcəyi gözlənilir.

Sosial media ekspertləri bildirirlər ki, son dövrlər “TikTok” platformasında etik çərçivələri aşan, cəmiyyətin dəyərlərinə zidd çıxışların artması ciddi narahatlıq doğurur və bu sahədə tənzimləyici mexanizmlərin gücləndirilməsi zəruridir.Bakunews.az


media-728x90banner

Bənzər xəbərlər