media-tof

“AAAF-İnşaat” əmək qanunvericiliyinin tələblərini pozduğu üçün cərimələnib.

XALQ Teleqraf-a istinadən məlumat verir ki, şirkət barədə Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən protokol tərtib olunub.

Buna səbəb isə “AAAF-İnşaat”ın icraçı direktoru Camal Rəcəbov tərəfindən növbə rəisi vəzifəsinə götürülən şəxsin əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsidir.

Məhkəmə şirkəti hüquqazidd əmələ görə 20 000 manat məbləğində cərimə edib.

Qeyd edək ki, “AAAF-İnşaat”ın təsisçisi və sahibi tanınmış iş adamı Tofiq Heydərovdur.


media-728x90banner

Bənzər xəbərlər