Tokayev Tbilisiyə səfər edəcək
Kasım-Jomart Tokayev yaxın vaxtlarda Gürcüstana səfər edəcək.
Bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb.
Bildirilib ki, Tokayevin səfəri Tbilisi ilə Astana arasında tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcək.
Məlumat fonunda qeyd olunur ki, hazırda Yerjan Sadenov Gürcüstanda səfərdədir. O, Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüş keçirib.
Tərəflər görüş zamanı təhlükəsizlik məsələlərini, eləcə də siyasi və iqtisadi əlaqələrin dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.










