media-su

Tovuzda son günlər yağan aramsız yağışlar çaylarda selə səbəb olub.  Nəticədə rayonun bəzi kəndlərində içməli suyun tərkibində bulanma halları qeydə alınıb.

XALQ-ın məlumatına görə, rayonun Köhnə Qala kənd sakinləri iddia edirlər ki, bu səbəbdən içməli sudan istifadə edə bilmirlər.

Sakinlərin sözlərinə görə, mənbəyini Zəyəm çayından götürən su xətti 40 ildən artıqdır ki, istismar olunur və həmin xəttin filtr sistemi artıq istifadəyə yararsız vəziyyətdədir.

Məsələ ilə bağlı Dövlət Su Ehtiyatları Agentliyindən bildirildi ki, yaranan  şəraitdə su təmizləyici qurğular gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, suyun emalı texnoloji tələblərə uyğun şəkildə həyata keçirilir və keyfiyyət göstəricilərinə davamlı nəzarət olunur. Bəzi ərazilərdə suyun rəngində və ya bulanıqlığında qısamüddətli dəyişikliklər müşahidə oluna bilər ki, bu da sel sularının çaylara təsiri ilə əlaqədardır və müvəqqəti xarakter daşıyır. Hazırda Zəyəm çayında selin istiqamətini əsas su təmizləyici qurğulardan uzaq tutmaq üçün əlavə bəndləmə işləri də aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


media-728x90banner

Bənzər xəbərlər