media-mamm

Tovuz Rayon İcra Hakimiyyətinin tenderi ləğv edilib.

 XALQ xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.

Məlumatda deyilir ki, İcra Hakimiyyəti Tovuz rayonunda mənzil fondunun əsaslı təmiri işlərini həyata keçirməyi planlaşdırıb. Bununla bağlı 141 min 9 manatlıq büdcə də ayırıb.

Lakin müvafiq qurumlar tenderin keçirilməsi zamanı qanunun tələblərini pozduğu üçün nəticə ləğv edilib.

Qeyd edək ki, 2018-ci ildən  Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovdur


media-728x90banner

Bənzər xəbərlər