media-to

Dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan “Toyota” şirkəti 140 mindən çox avtomobilini geri çağırmaq qərarına gəlib.

media-toyota

Qərar “Toyota” və “Lexus” markalarını əhatə edir.

Şirkətdən verilən məlumata görə, geriçağırılma iki fərqli istehsal xətasından qaynaqlanır və bəzi modellərdə potensial təhlükəsizlik riskini ehtiva edir.

media-to

Belə ki, “Toyota Tacoma 4×4” modellərində maşınların arxa əyləc şlanqlarının və “Toyota Camry”, “Lexus RX” modellərində isə təhlükəsizlik kəmərlərinin istehsal əsnasında zədələnmiş ola biləcəyi ehtimal edilir.

media-lexus

Şirkət sözügedən avtomobil sahiblərini 2025-ci ilin aprelinə qədər məlumatlandıracağını bəyan edib. Çağırılan avtomobillərin yoxlanılması və ehtiyat hissələrinin dəyişdirilməsi pulsuz aparılacaq.


media-728x90banner

Bənzər xəbərlər