Tramp açıqladı: Kuba ilə bağlı…..
ABŞ prezidenti Donald Tramp Kuba hökumətinin süquta uğraya biləcəyini açıq bildirib.
XALQ bildirir ki, o, bu fikirlərini “Politico”ya verdiyi müsahibədə bildirib.
Ağ Ev rəhbəri qeyd edib ki, “Kuba da çökəcək. Biz yeganə mənbə olan Venesueladan neft, pul və bütün təchizatı dayandırmışıq. Onlar razılaşma əldə etmək istəyirlər”.
Tramp həmçinin iddia edir ki, Kuba hakimiyyətinin köməyə ehtiyacı var.
ABŞ İran və Venesuelaya hücumların nəticələrinə əsasən Kubaya qarşı əməliyyat keçirməyi nəzərdən keçirir. Qeyd edildiyi kimi , Vaşinqton son hərəkətlərin nəticələrini təhlil edir. Hakimiyyət orqanları onları əldə edilən siyasi və hərbi məqsədlər baxımından uğurlu hesab edir.
Tramp özü dəfələrlə adanın ağır iqtisadi vəziyyəti barədə danışaraq “neft, pul, heç nə” olmadığını bildirib.










