ABŞ prezident seçkilərində növbəti dəfə respublikaçı Donald Tramp qələbə qazanıb.

Andiçmə mərasimi 2025-ci il yanvarın 20-də Kapitoliyada keçirilməlidir.

XALQ.AZ xəbər verir ki, Ağ Ev mərasimdə iştirak edənlər üçün artıq dəvətlər göndərir.

Əldə etdiyimiz məlumata görə, inauqurasiya mərasimində  iştirak üçün Azərbaycanın xalq artisti, iş adamı Emin Ağalarov dəvət alıb.

c

Qeyd edək ki, D.Tramp 2017-ci ildə ilk dəfə prezident seçilərkən Araz Ağalarov və Emin Ağalarov andiçmə mərasimində iştirak ediblər.

 


media-728x90banner

Bənzər xəbərlər