featured-image-375399

ABŞ Prezidenti Donald Tramp Çinə səfər edib. Şençjen şəhərində keçiriləcək APEC sammiti çərçivəsində onun Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinlə üçtərəfli görüşü nəzərdə tutulub.

Xalq.online  xarici KİV-ə istinadən xəbər verir ki, Tramp noyabrın 18-də Çinin Şençjen şəhərinə gəlib. Onu hava limanında Çin lideri Si Cinpin qarşılayıb.

“Euronews”un məlumatına görə, Putin və Si Cinpin də Trampın gəlişindən əvvəl Şençjendə görüşüblər. Bu, iki liderin cari ildə beşinci görüşüdür.

Noyabrın 19-na planlaşdırılan üçtərəfli danışıqlarda Ukrayna müharibəsi, İranla bağlı vəziyyət, nüvə silahlarının yayılmasının qarşısının alınması və beynəlxalq ticarət məsələlərinin müzakirəsi gözlənilir.

Görüş ABŞ, Rusiya və Çin liderlərini ilk dəfə üçtərəfli formatda bir araya gətirəcək.

Qeyd edək ki, görüşün mümkün nəticələri və əldə ediləcək razılaşmalarla bağlı hələlik rəsmi məlumat yoxdur.


media-728x90banner

Bənzər xəbərlər