media-tramp

ABŞ Prezidenti Donald Tramp etirazçıların öldürüləcəyi təqdirdə İrana çox güclü zərbə endirəcəklərini bildirib.

XALQ  xəbər verir ki, Tramp bu sözləri “The Hugh Hewitt Show” radio proqramına müsahibədə deyib.

O qeyd edib ki, Vaşinqton İranda baş verənləri diqqətlə izləyir. Trampın sözlərinə görə, etiraz aksiyalarının bir neçə iştirakçısı hüquq-mühafizə orqanlarının asayişi təmin etməkdə yaşadığı problemlər səbəbindən həlak olub.

“İran hakimiyyətinin vəziyyəti çox pisdir. Mən onlara açıq şəkildə bildirdim ki, əgər insanlar öldürülməyə başlansa – onlar adətən iğtişaşlar zamanı bunu edirlər, çünki onlarda tez-tez iğtişaşlar olur – əgər bunu etsələr, biz onlara qarşı çox güclü zərbə endirəcəyik”, – deyə Tramp vurğulayıb.


media-728x90banner

Bənzər xəbərlər