Tramp Prezidentə bunları yazıd: “İlham, siz böyük lidersiz”
ABŞ lideri Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə maraqlı hədiyyə göndərib.
XALQ xəbər verir ki, hədiyyə Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin görüşündə çəkilmiş fotolardan ibarətdir.
Tramp həmin fotoların üzərinə ürək sözlərini də yazıb.
Fotoların birində Trampın imzası ilə “İlham, siz böyük lidersiz”, digərində isə “İlham, siz böyüksüz” sözləri əksini tapıb.
Azərbaycan Prezidenti İlham Əliyev isə öz növbəsində rəsmi “X” hesabı vasitəsilə ABŞ liderinə təşəkkür edib:
“Prezident Donald Trampa şəxsi imzası ilə mənə hədiyyə etdiyi tarixi fotoşəkillərə və üzərində yazdığı xoş sözlərə görə təşəkkür edirəm. Prezident Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, habelə Cənubi Qafqazda və dünyada sülh gündəliyinə verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndirir və buna görə ona bir daha dərin minnətdarlığımı bildirirəm”.