Tramp razılaşır?
BŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqlarda həlledici mərhələyə çatdıqlarını və yaxın bir-iki gün ərzində tarixi sazişin imzalana biləcəyini açıqlayıb.
XALQ xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “Axios” portalına verdiyi geniş müsahibədə danışıb.
Amerika lideri iranlı rəsmilərin görüşmək və saziş bağlamaq üçün olduqca istəkli olduqlarını vurğulayıb:
“Düşünürəm ki, görüş bu həftəsonu baş tutacaq. Yaxın bir-iki gün ərzində razılaşma əldə edəcəyik”.
Prezident danışıqlar üçün Amerika nümayəndə heyətinə kimin rəhbərlik edəcəyinə hələ tam qərar vermədiyini, lakin özünün də şəxsən iştirak edə biləcəyini istisna etməyib:
“İslamabada səfərimin mümkünlüyünə “bəli” cavabını vermişəm. Nümayəndə heyətində vitse-prezident Cey Di Venslə yanaşı, Cared Kuşner və xüsusi elçi Stiv Uitkoff da yer ala bilər”.
Sazişin ən diqqətçəkən detallarından biri İranın zənginləşdirilmiş uran ehtiyatları ilə bağlıdır. Tramp bildirib ki, ABŞ uranı İrandan çıxarmaq üçün rəsmi Tehranla əməkdaşlıq edəcək:
“Biz hər şeyi həll edəcəyik. İranla sakit və yavaş tempdə əməkdaşlığa başlayacağıq. Böyük texnika ilə qazıntı işlərinə başlayıb, uranın hamısını ABŞ-yə qaytaracağıq”.
Xatırladaq ki, bu açıqlamalar Hörmüz boğazı ətrafında gərginliyin azaldığı və tərəflər arasında Pakistanın vasitəçiliyi ilə aparılan dialoqun intensivləşdiyi bir vaxta təsadüf edir.










