Tramp Rusiya ilə bağlı çağırış etdi
ABŞ Prezidenti Donald Tramp Parisdə “Könüllülər koalisiyası”nın iclasının iştirakçıları ilə telefon danışığı zamanı bildirib ki, ölkələr Rusiyadan neft almağı dayandırmalıdır.
XALQ-ın xəbərinə görə bu barədə “Reuters” Ağ Evin sözçüsünə istinadən məlumat yayıb.
“Fransa Prezidenti Emmanuel Makron və Avropa liderləri görüş zamanı Prezident Trampa zəng ediblər. Tramp söhbət zamanı Avropanın Rusiya neftini almağı dayandırmalı olduğunu vurğulayıb” – məlumatda qeyd olunur.
Rəsmi hesab edir ki, Rusiya Avropaya yanacaq satışından bir il ərzində 1,1 milyard avro qazanıb.
ABŞ Prezidenti həmçinin vurğulayıb ki, Avropa liderləri Rusiya ilə ticarət əlaqələrini saxlamaq üçün Çinə iqtisadi təzyiq göstərməlidirlər.