Tramp Zelenski ilə görüşdü
Vaşinqtonda ABŞ və Ukrayna prezidentləri Donald Trampla Volodimir Zelenskinin görüşü başlayıb.
XALQ xəbər verir ki, Ağ Ev görüşü birbaşa yayımlayır.
Birgə şəkil çəkdirdikdən və mətbuata şərhlərdən sonra liderlər binaya daxil olublar.
Jurnalistin Ukrayna xalqına nə deyəcəyini soruşduqda Tramp belə cavab verib: “Biz onları sevirik”.
Görüşdə ABŞ tərəfdən dövlət katibi Marko Rubio, vitse-prezident Cey Di Vens, eləcə də xüsusi elçilər Stiv Vitkoff, Ukrayna tərəfdən isə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov iştirak edir.
Ukrayna Prezidenti amerikalı həmkarı Donald Trampla görüşdən əvvəl Finlandiya, Böyük Britaniya, İtaliya və Avropa Komissiyasının liderləri və NATO-nun Baş katibi ilə mövqelərini razılaşdırdığını bildirib.
Görüş zamanı Tramp bildirib ki,
ABŞ Prezidenti Donald Tramp Ukraynada sülh razılaşmasından əvvəl atəşkəsin əldə olunacağına inanmır.
Trampın sözlərinə görə, Ukraynada atəşkəsə artıq ehtiyac yoxdur və məqsəd müvəqqəti atəşkəs deyil, uzunmüddətli sülhdür.
“Mən atəşkəsin olacağını düşünmürəm. Onlar döyüşərkən biz sülh üçün səy göstərməyə razılaşa bilərik”, – ABŞ Prezidenti deyib.
O, Kiyevin Amerika silahlarının alınması ilə bağlı problemlərinin olduğunu da vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə görüşdən dərhal sonra rusiyalı həmkarı Vladimir Putinə zəng edəcəyini bildirib.
Daha əvvəl ABŞ Prezidenti Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli görüşün mümkünlüyünə əmin olduğunu bildirib.