Trampdan növbəti xəbərdarlıq
ABŞ Prezidenti Donald Tramp daha bir ölkəni əməliyyatla hədələyib.
XALQ xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə “Fox News”da Şon Hannitinin suallarına cavabda danışıb.
Tramp bildirib ki, Sakit okean və Karib dənizlərindəki dəniz əməliyyatlarından sonra bölgədəki cinayət kartellərinə qarşı hücumlara start verəcəklər: “İlk olaraq Meksikadan başlayacağıq. Bu ölkəyə quru əməliyyatları istisna deyil. O ölkəni əvvəl dediyim kimi, cinayətkar kartellər idarə edir. Biz onlara çox ağır zərbələr endirməyə başlayacağıq. Bəli, bəli, kartellər Meksikanı idarə edir və bunu izləmək çox kədərlidir. Bu ölkədə nələrin baş verdiyini görmək ağırdır. Onlar hər il ölkəmizdə 250.000-300.000 insanı öldürürlər. Bu, dəhşətlidir. Buna dözə bilmərik”.










