media-977

ABŞ lideri Donald Tramp Rusiya Prezidenti Vladimir Putini Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasında qarşılayıb. 

XALQ xəbər verir ki, liderlərin təkbətək görüşü uzun müddətdir gözlənilsə də, son anda Ağ Evdən verilən məlumata görə, iclasın formatı dəyişdirilib.

Belə ki, liderlər təkbətək yox, “3+3” formatında görüş keçirəcəklər.

Görüşün əsas mövzusunun Ukrayna məsələsi, o cümlədən Rusiya-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivləri olacaq.

 

****

Rusiya Prezidenti Vladimir Putin Ağ Ev rəhbəri Donald Trampla görüş üçün , RA-64531 xüsusi reysi ilə Maqadandan Alyaskaya  uçub.

XALQ Rusiya KİV-nə istinadən xəbər verir ki, Putinin təyyarəsi avqustun 15-də yerli vaxtla saat 11:00-da Ankoric şəhərinə enəcək.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki,  Putin Tramla görüşdə Ukrayna nizamlanmasından tutmuş Rusiya-Amerika münasibətlərinə qədər bir sıra məsələlər üzrə danışıqlar aparacaq.

***

ABŞ Prezidenti Donald Trampın təyyarəsi artıq Alyasakaya eniş edib. ABŞ lideri Elmendorf-Riçardson hərbi bazasında rusiyalı həmkarının gəlişini gözləyir.

***

Artıq Rusiya lideri Vladimir Putinin də təyyarəsi ilkin görüş nöqtəsinə çatıb.

***
ABŞ lideri rusiyalı həmkarını Riçardson hərbi bazasında şəxsən qarşılayıb.

***

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş başlayıb.

 


media-728x90banner

Bənzər xəbərlər