Trampla Zelenski Ağ Evdə görüşdü
ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenski ilə görüşü başlayıb.
XALQ xəbər verir ki, görüş Ağ Evdə keçirilir.
***
“Reuters”in məlumatına görə, ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında görüş başa çatıb.
Bildirilir ki, Zelenskinin başçılıq etdiyi nümayəndə heyəti Ağ Evi tərk edib. Ukrayna lideri ABŞ prezidentinin iqamətgahında iki saat yarımdan bir qədər çox vaxt keçirib.
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskinin geyimini yenə tərifləyib.
Bu, Ağ Evdə Zelenski ilə nahar zamanı olub.
Belə ki, Tramp Zelenskinin zövqlü göründüyünü bildirib.
“O bu gödəkçədə əla görünür. Çox qəşəngdir. İnsanlar bunu fərq edəcək. Bu, əslində çox əladır”.
Xatırladaq ki, Tramp bu ilin avqust ayında da Ağ Evdə baş tutan görüşdə Zelenskini tərifləmişdi.
Lakin fevral ayında Zelenskinin Trampla keçirilən görüşə rəsmi geyimdə qatılması, protokol qaydalarına uyğun geyinməməsi qalmaqala səbəb olmuşdu.
ABŞ tərəfi amerikalı jurnalistin diliylə Zelenskiyə kostyum geyməməsini, qalstuk taxmamasını irad tutmuşdular. Tramp isterik şəkildə Zelenskini onlara hörmət etməməkdə günahlandırmışdı.