Tural Abbaslı bu dairədən namizəd oldu
Azərbaycanda sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkiləri keçiriləcək.
Artıq seçkidə iştirak edənlərin namizədliyi qeydə alınır.
XALQ.AZ xəbər verir ki, AĞ Partiyasının sədri Tural Abbaslı 21 sayll Nəsimi-Binəqədi seçki dairəsindən namizədliyi qeydə alınıb..
Tural Abbaslı sosial hesabında “Bu gün 21 saylı Nəsimi – Binəqədi seçki dairəsindən namizədliyim qeydə alınıb. Əziyyəti keçən hər kəsə təşəkkür edir, Vətənə, millətə xeyirli olmasını diləyirəm.”deyə qeyd edib.










