Türk Dövlətləri Təşkilatı (TDT) 2009-cu ilin 3 oktyabrında Naxçıvan müqaviləsi əsasında Azərbaycan,Türkiyə,Qazaxıstan və Qırğızıstan tərıəfindən yaradılmış beynəlxalq təşkilatdır.Sonradan 14 sentyabr 2019-cu ildə Özbəkistan da bu quruma üzv olub.Türk Dövlətləri Təşkilatının Bu 5 türk dövlətindən əlavə Macarıstan, Türkmənisan və ŞKTR timsalında 3 müşahidəçi statuslu üzvü də var.
Dünya düzəninin təlatümlərinin təsiri altında BMT daxil, beynəlxalq qurumların zəiflədiyi,təsir gücnün itirdiyi, beynəlxal hüququn işləmədiyi bir dövrdə regional əməkdaşlıqlar daha böyük önəm daşımağa başlayıb.Bu baxımdan Türk Dövlətləri Təşkilatı çox qısa müddətdə böyük yol qət edə bilib.Dünya miqyasında böyük nüfuzunu davamlı olaraq yüksəldir.Beynəlxalq müstəvidə mövqeyini möhkəmləndirir və perspektivlərini artırır.
Bu kontekstdə aprelin 2-də Bakıda Türk Dövlətləri Təşkilatının Hökumət Başçılarının/Vitse-prezidentinin ikinci Görüşü, öz zəngin gündəliyi və qəbul edilmiş qərarlrınçəkisi baxımından, mühüm əhəmiyyət kəsb edir. Görüşün gündəliyındə regional və qlobal çağırışlar fonunda üzv dövlətlər arasında dialoqun təşviqi və səmərəli çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, TDT çərçivəsində iqtisadi və ticari əlaqələrin genişləndirilməsi və prioritet sahələrdə investisiya təşəbbüslərinin artırılması,nəqliyyat infrastrukturunun və əlaqələndirmə mexanizmlərinin təkmilləşdirilməsi, o cümlədən Transxəzər Beynəlxalq Şərq–Qərb Orta Dəhliz üzrə rəqəmsal inteqrasiyanın gücləndirilməsi və Zəngəzur dəhlizinin həyata keçirilməsi vasitəsilə regionlararası tranzit əlaqələrinin şaxələndirilməsi, eləcə də yaşıl enerji sahəsində çoxtərəfli əməkdaşlığın təşviqi yolu ilə enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və sair bu kimi aktual məsələlər daxil idi.
Görüş zamanı bildirilib ki,TDT hazırkı mürəkkəb beynəlxalq münasibətlər sistemində və artan təhlükəsizlik riskləri fonunda geniş coğrafiyada sülhün, sabitliyin və qarşılıqlı faydalı əməkdaşlığın təşviqində mühüm platformaya çevrilib.2025-ci ildə Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsinin 5 faizdən çox artaraq 7,3 milyard ABŞ dollarına çatıb. Azərbaycanın bu quruma üzv dövlətlərə yatırdığı sərmayələrin ümumi həcmi isə 21 milyard ABŞ dolları təşkil edir. Birgə investisiya fondlarının iqtisadi əlaqələrin möhkəmlənməsində rolu getdikcə artır.
Keçirilən səmərəli müzakirələrin yekunu olaraq, tərəflər arasında gələcək fəaliyyət istiqamətlərini və müştərək hədəfləri özündə əks etdirən Türk Dövlətləri Təşkilatının Hökumət Başçılarının/Vitse-prezidentinin İkinci Görüşünün Birgə Bəyanatı qəbul edilib. Bəyanatda TDT üzv və müşahidəçi dövlətlər arasında iqtisadi əlaqələrin və investisiya əməkdaşlığının genişləndirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, ticarətdə qeyri-tarif maneələrinin aradan qaldırılması yolu ilə üzv dövlətlər arasında ticarət həcminin artırılması, qarşılıqlı maraq doğuran sənaye sahələrində əməkdaşlığın gücləndirilməsi, yaşıl texnologiyaların təşviqi sahələrində əməkdaşlığın inkişaf etdirilməsi,innovasiya, rəqəmsal transformasiya və süni intellekt sahələrdə əməkdaşlığın genişləndirilməsi, nəqliyyat dəhlizlərinin inkişafını və rəqəmsal əlaqələndirmə infrastrukturunun inteqrasiyasının gücləndirilməsi,Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə əməkdaşlıq haqqında sazişdən irəli gələn vəzifələrin vaxtında həyata keçiriləsi və sair u kimi aktual məsələlər öz əksini tapıb.
Həmin vəzifələrin dolğunn şəkildə həyata keçirilməsi və hədəflərə optimal müddətdə və dolğın şəkildə çatmaqdan otrü,Türk Dövlətləri Təşkilatının öz coğrafi mövqeyi və strateji əhəmiyyətliliyi,təbii sərvətləri və digər müqayisəli üstünlükləri hesabına kifayət qədər real gücü və potensial imkanları vardır. Beynəlxalq Valyuta Fondunun 2025-ci ilin oktyabrında hazırladığı “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” adlı sənəd əsasında hesablama aparanda, Türk Dövlətləri Təşkilatına daxil olan 5 dövlətin alıcılıq qabiliyyəti patiteti üzrə ÜDM-i, bir qədər yuvarlaqlaşdırsaq,5,5 trilyon dollara,nominal ifadədə isə 2.1 trilyon dollara yaxındır.Həmin rəqəmlərdən çıxış etdikdə,dünyanın 200-dən artıq ölkəsi arasında Türk Dövlətləri Təşkilatının toplam nominal ÜDM göstərici üzrə yeri 2,26 trilyon dollarla 11-ci yerdə olan Braziliyadan sonra 12-ci,alıcılıq qabiliyyəti pariteti üzrə isə 6,15 trilyon dollarla 6-cı yerdə olan Almaniyadan sonra 7-ci yerə uyğun gəlir. Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrdə orta artım tempi 5 faizin üsündə olmaqla, dünyanın 200-dən artıq olkəsinin orta artım tempindən,eləcə də Hindistan istisna olmaqla, öndə olan ölkələrin,həmçinin, özündən sonra sıralanan ilk 30-luqdakı ölkələrin artım tempindən yüksək olduğundan,orta perspektivdə dünya ölkələri arasında reytinqini xeyli yüksəldə bilər.
Bundan ötrü Türk Dövlətləri Təşkilatı həm ikitərəfli,həm qurumdaxili,həm də beynəlxalq münasibətlər kondekstində əlaqələrinin müasit tələb və çağırışlara dolğun şəkildə cavab vermək səviyyəsində davamlı şəkildə genişləndirilməsi və dərinləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.Türk Dövlətləri Təşkilatın üzv ölkələr və müşahidəçi statatuslü üzvlər arasında formalaşmış qarşılıqlı hörmət, qarşılıqlı dəstək qarşılıqlı faydalılıq, və sağlam münasibətlərdən əlavə güc alaraq qəbul edilmiş proqram,qərarlar və layihələrin sistemli və davamlı şəkildə reallaşdırılması Türk Dövlətləri Təşkilatının gücünə güc qatacaq, iqtisadi,siyasi,qlobal gücünü daha da artıracaq vu bu qurum daha geniş,daha böyük anlamda dünyanın aparıcı beynəlxalq təşkilatları sırasında öz layiqlı yerini tutub,sülh, sabitlik, əminamanlıq,davamlı tərəqqi naminə həm regional,həm də qlobal proseslərə təsir və töhfəsini daha da gücləndirəcəkdir.
Əli Məsimli
Millət vəkili 

media-728x90banner

Bənzər xəbərlər