media-700

Azərbaycandan qalxan Türkiyənin C-130 hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb.

XALQ-ın məlumatına görə, Azərbaycan lideri İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana faciə ilə bağlı başsağlığı verib.

Gürcüstan DİN isə hadisə ilə bağlı istintaq başladığını açıqlayıb.

Hazırda Türkiyə və Gürcüstandan olan qruplar koordinasiyalı şəkildə axtarış-xilasetmə işləri həyata keçirirlər.

Hadisənin başvermə anının yeni görüntülərini təqdim edirik:

 

Gürcüstan- Azərbaycan sərhədində hərbi təyyarə qəzaya uğrayıb.

Bu haqda “İmedi TV” məlumat yayıb.

Kanal qəzanın videosunu yayıb, lakin hər hansı təfərrüatı ayırd etmək demək olar ki, mümkün deyil.

Gürcüstan rəsmilərindən hələlik heç bir açıqlama verilməyib.

Təyyarənin Türkiyəyə məxsus olduğu ehtimal edilir.

***

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycandan qalxan Türkiyənin C-130 hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb.

Bildirilib ki, axtarış-xilasetmə işlərinə Gürcüstan rəsmiləri ilə koordinasiyalı şəkildə başlanılıb.

***

Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.


media-728x90banner

Bənzər xəbərlər