Türkiyə, Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçiriləcək.

XALQ.AZ xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, təlimlər 4-8 oktyabr tarixlərində keçiriləcək.

Bildirilib ki, bu gün “Eternity-2021” təlimlərinin ilk planlaşdırma iclası baş tutub.


media-728x90banner

Bənzər xəbərlər