Türkiyə Ukraynada hərbi əməliyyatlar zonasından xəstə və yaralıların təxliyəsi üçün tibbi dəhlizin yaradılmasını təklif edir.

Xalq.az  “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin səhiyyə naziri Fahrettin Koça Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyasında açıqlayıb.

Onun sözlərinə görə, Türkiyə təxliyə və tibbi köməyin göstərilməsi məsələlərində ondan asılı olan hər bir şeyi həyata keçirməyə hazırdır.

Koca, həmçinin bu təklifin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinə çağırıb.


media-728x90banner

Bənzər xəbərlər