“Cümhuriyyətdən Cümhuriyyətə Türkiyə Universitetləri Məzunlarının Birinci Bakı Forumu” keçiriləcək.

XALQ,AZ xəbər verir ki, Təşkilatçı Türkiyə Universitetləri Məzunları” İctimai Birliyindən (TUMİB)  verilən məlumata görə, tədbir 24 dekabr 2018-ci il tarixində, saat 13:00-da Bakı Konqres Mərkəzində baş tutacaq.

Bildirilir ki, tədbir iştirakçılarının qeydiyyatı həmin gün saat 13:00-dan 14:00-dək aparılacaq.

Qeyd edək ki, Forumdan əvvəl – saat 10:30-da Fəxri Xiyaban və Şəhidlər Xiyabanı ziyarət olunacaq.

Xatırladaq ki, iştirak etmək istəyənlər şəxsiyyət vəsiqələrini təqdim etməlidir.

Forum  Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə keçiriləcək.

Əlavə məlumatı (+99450) 500 04 66 mobil nömrəsinə zəng edərək əldə etmək olar.

 

Orxan


media-728x90banner

Bənzər xəbərlər