Türkiyədə dəhşətli zəlzələ
Türkiyənin Muğla şəhərinin Marmaris bölgəsində 5,8 bal gücündə zəlzələ baş verib.
XALQ xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Marmarisdən 10,43 km məsafədə – Aralıq dənizində qeydə alınıb.
Yerli vaxtla 02:17-də (Bakı vaxtı ilə 03:17) qeydə alınmış zəlzələnin ocağı 67,91 km dərinlikdə yerləşib.
Zəlzələ İzmir, Antalya və bir çox vilayətdə hiss olunub.
***
“TRT Haber”in məlumatına görə, Muğla valisi İdris Akbıyık baş vermiş güclü zəlzələ zamanı 11 nəfərin yaralandığını açıqlayıb.
“Hündürlükdən tullanma və panik atak nəticəsində 11 yaralımız var”, – deyə Akbıyık qeyd edib.
Onun sözlərinə görə, hər hansı dağıntı olmayıb.
***
Muğla valisi İdris Akbıyık zəlzələ zamanı təşvişə düşmüş 14 yaşlı bir yeniyetmənin öldüyünü, 69 nəfərin yaralandığını bildirib.
Görüntüləri təqdim edirik: