Türkiyədə İlham Əliyevi“Kafkazların yıldızı…” kimi təqdim etdilər – Video
Xəbər verdiyimiz kimi, iyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib.
XALQ məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.
Prezident İlham Əliyev tədbirdə çıxış edib. Dövlət başçısı səhnəyə dəvət olunarkən aparıcının “Qarabağdan Kahramanmaraşa uzanan bir səmimiyyət, sərhədləri aşan bir qardaşlıq, çətin gündə çiyin-çiyinə duran can yoldaşımız gəlir. Qafqazların ulduzu cənab İlham Əliyev…” deməsi coşqu ilə qarşılanıb.
Prezidentin çıxışının videosunu təqdim edirik: