Türkiyədə şəhid hərbçilərlə vida mərasimi keçirilir
Türkiyəyə məxsus “C130” tipli hərbi nəqliyyat təyyarəsində həlak olan 20 hərbçi ilə vida mərasimi keçirilir.
XALQ Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasim Mürted Hava Meydan Komandanlığında təşkil edilib.
Tədbirə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müavini Cevdet Yılmaz, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, müdafiə naziri Yaşar Güler, eləcə də dövlət rəsmiləri, siyasətçilər, Türkiyə Silahlı Qüvvələrinin komandanlığı və şəhid ailələri qatılıb.
Mərasimdən sonra hərbçilərin cənazələri dəfn yerlərinə yola salınacaq.
Xatırladaq ki, noyabrın 11-də Azərbaycan-Gürcüstan sərhədində Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” tipli təyyarənin qəzaya uğraması nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həlak olub.










