Üç polis və bir mülki şəxs belə qətlə yetirilib-Hadisə yerindən video
Xəbər verdiyimiz kimi, ötən gecə Xəzər rayonunun Şüvəlan qəsəbəsində polis tərəfindən keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərilib. Bu zaman əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.
Onlar polis kapitanı Eldəniz Məmmədov, polis serjantları Mahir Ağayev və Mirəli Heydərovdur.
Vəfat edən serjantlar DİN-in Çevik Polis Alayının əməkdaşları olub.
Qətlə yetirilən Mahir adlı mülki vətəndaşın fotosunu təqdim edir:
XALQ.AZ-ın məlumatına görə, “Real TV” hadisə baş verən ərazidə olub.
Hadisə yerindən görüntüləri təqdim edirik: