XALQ  xəbər verir ki, Azərbaycan hökuməti çoxuşaqlı ailələrə dəstək məqsədilə uşaqpulunun bərpasını yenidən bərpa etmək üçün addım atmaq niyyətindədir.

media-aile

Artıq bir neçə ildir ki, ölkənin müxtəlif sosial ekspertləri,Milli Məclisin bir çox üzvüləri uşaqpullarının bərpası ilə bağlı davamlı çıxışlar etməkdədirlər.

media-mecliss

Redaksiyamıza daxil olan məlumata görə, parlamentin müxtəlif komitələrində,eyni zamanda Milli Məclisin plenar iclaslarında parlamentarilərin  hökumət üzvüləri qarşısında qaldırdığı problem  2025-ci ilin sonu,2026-cı ilin əvvəllərində öz həllin tapa bilər.

Daxil olan məlumata görə, Azərbaycan hökuməti sosial yardım adı altında aztəminatlı ailələrə verilən müavinətlərin səmərəsizliyi qənaətindədir və bu layihənin elə də uğurlu alınmadığın düşünür.

Məlumata görə, bu səbəbdən də uşaqpullarının verilməsi üçün artıq yeni bir proqram hazırlanmaqda.

Çoxuşaqlı ailə modeli 5-dən 3-ə endirilsə, 100 mindən çox ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər.

Həmçinin Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev   açıqlamasında bildirib ki, bu məsələ gündəmdədir və müzakirə mövzusudur. Onun sözlərinə görə, demoqrafik inkişafla bağlı dövlət proqramı hazırlanacaq dey qeyd edilib.

Qeyd edək ki, uşaqpulu verilməsi mexanizimi dünyanın bir çox ölkəsində həyata keçirilir ki,bu da aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılmasına və uşaqların sosial qayğılarının ailələri tərəfindən qisməndə olsa həllinə şərait yaradır.


media-728x90banner

Bənzər xəbərlər