Ucar bələdiyyəsi son 5 ildə necə fəaliyyət göstərib?- Yığılıb qalan borclar……
Ucar rayonunda ilk seckilər zamanı 29 bələdiyyə formalaşdırılsa da, sonradan bu rəqəm 17-dək azaldıldı. İndi isə 9 bələdiyyə uğrunda mubarizə aparılacaq. Ucar bələdiyyəsinə isə Rəstəcə bələdiyyəsi birləşdiriləcəkdir.
Mövcud 17 bələdiyyə sırasında demək olar ki, hec birinin fəaliyyəti hiss olunmur, nə də ki varlığı. Bələdiyyə sədri Aslan Əhmədov mətəmadi kağız üzərində hesabatlar versədə fəaliyyət göstərdiyi görüntüsü yaratmaq çəhdləri vətəndaşlar tərəfindən birmənalı qarşılnamır. Ucar RİH-in dəstəyi hiss edilməsə də və Göyçay regional ədliyyə idarəsinin metodik tövsiyələri olsa da belə bələdiyyələrin fəaliyyətində canlanmanın olmaması narahatlıq yaradır.
Beləliklə, son beş il ərzində fəaliyyətdə olan 17 bələdiyyədən hər hansı fromada nə fəaliyyət, nədə ki illik hesabatlar açıqlanmayıb. Ötən illərdən yığılıb qalmış DSMF borcları, mülkiyyətə əmlakın və torpağın tam verilməməsi Ucar rayon bələdiyyələrini də narahat edən məsələlərdəndir. Hər halda düşünməyə dəyər…Belediyye.info










