Ucarda 15 yaşlı yeniyetmə ana oldu
Ucarda yeniyetmə uşaq dünyaya gətirib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) XALQ-a verilən məlumata görə, 15 yaşlı rayon sakini Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib.
“Aprelin 14-də saat 19:00 radələrində 2011-ci il təvəllüdlü hamilə doğum sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub. Ona 31-32 həftəlik hamiləlik diaqnozu təyin edilib. Pasiyent saat 20:20 radələrində çəkisi 1900 qram, boyu 44 sm olan oğlan uşağı dünyaya gətirib.
Ana və uşağın vəziyyəti dəyərləndirilərək, müvafiq klinik protokollara uyğun zəruri tibbi yardım göstərilib. Aprelin 17-də zahı kafi vəziyyətdə sahə həkimi, mama-ginekoloqun nəzarəti altında ambulator müalicə üçün evə yazılıb.
Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib”, – məlumatda vurğulanıb.










