“Uğurlu Dad” kolbasaları istehaslaında nöqsanlar aşkarlandı
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Mehdiabad qəsəbəsi, A.Ələsgər küçəsi 4 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Cəfərquluyeva Gülü Ədalət qızına məxsus “Uğurlu Dad” əmtəə nişanlı istehsalı müəssisəsində yoxlama keçirib.
Agentlikdən XALQ-a verilən məlumata görə, baxış zamanı istehsal müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Həmçinin texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.














