Ülvi Quliyev görüləcək işlərdən danışdı-Fotolar
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində 15 saylı Yasamal birinci seçki dairəsinin namizədi Ülvi Quliyev növbəti dəfə seçicilərlə görüşüb. XALQ.AZ məlumat verir ki, Ülvi Quliyev seçicilərə gələcəkdə görüləcək işlərdən danışıb və 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
















