Ülvi Quliyev seçicilərlə görüşdü- Müraciətlər operativ olaraq həll olundu
Milli Məclisinin deputatı Ülvi Quliyev seçicilərlə görüşüb .
XALQ.AZ xəbər verir ki, deputat Yasamal rayon bələdiyyəsinin inzibati binasında fərdi qaydada seçiciləri qəbul edib. Qəbul zamanı əsasən sosial problemlərin həlli, məşğulluq və təhsil ilə bağlı müraciətlər səsləndirilib.
Görüşdə seçiciləri narahat edən məsələlər müzakirə olunub. Müraciətlərin bir qismi yerindəcə həll olunub, digər məsələlər barədə aidiyyatı qurumlara müraciət olunacağı bildirilib.

















