Ülvi Quliyev şəhid ailələri ilə görüşdü
Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkinin təbliğat-təşviqat mərhələsi çərçivəsində 15 saylı Yasamal I seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Ülvi Quliyev şəhid ailələri ilə görüşdü.
XALQ.AZ-a Ülvi Quliyev bidlirib ki, əziz şəhidlərimizin valideynlərini ziyarət etdik. Hər zaman olduğu kimi, bu görüşlərimiz də duyğusal anları ilə yadda qaldı.Buna baxmayaraq, yaradılan səmimi ortama və mənəvi dəstəyə görə səmimi-qəlbdən təşəkkür edirəm. Uca Allahdan bütün şəhidlərimizə rəhmət, ailə üzvlərinə səbr, qazilərimizə şəfa və uzun ömür diləyirəm.
.














