Ülvi Quliyev vətəndaşların müraciətlərini həll etdi
Milli Məclisin deputatı Ülvi Quliyev Milli Məclisdə vətəndaşlarla görüşüb.
XALQ xəbər verir ki, qəbul zamanı əsasən işsizlik və idman bağlı müraciətlər səsləndirilib.
Vətəndaşlar tərəfindən səsləndirilən problemlərin qısa zamanda öz həllini tapması üçün bəzi məsələlər operativ olaraq həll edilib, həlli vaxt tələb edən məsələlərlə bağlı problemlər qeydiyyata alınaraq öz həllini tapması üçün aidiyyəti qurumlara müraciətlərin ediləcəyi vətəndaşların nəzərinə çatdırılıb.













