Ülvi Quliyev vətəndaşlarla görüşdü
Milli Məclisin deputatı Ülvi Quliyev vətəndaşlarla görüşdü
XALQ xəbər verir ki, Milli Məclisin inzibati binasında növbəti vətəndaş qəbulu keçirilib. Qəbul zamanı əsasən sosial problemlərin həlli və idman ilə bağlı müraciətlər səsləndirilib. Vətəndaşlar tərəfindən səsləndirilən problemlərin qısa zamanda öz həllini tapması üçün bəzi məsələlər operativ olaraq həll edilib,həlli vaxt tələb edən məsələlərlə bağlı problemlər qeydiyyata alınaraq öz həllini tapması üçün aidiyyəti qurumlara müraciətlərin ediləcəyi vətəndaşların nəzərinə çatdırılıb.